Gənc qadın lotereyada 2 milyon qazandı

 10:35 27.02.2020     3025

Fransanın Byufer kommunasının (Vendeya departamenti) qadın sakini “Loto” lotereyasında 2 milyon avro udub.

Redaktor.az bildirir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.

Məlumata görə, söhbət fevralın 15-də baş tutan lotereyadan gedir. Xoşbəxt biletin “Chez Toto” tütün köşkündən alındığı bilinir.

Qalibin sözlərinə görə, o, cekpot udduğu lotereyanı iki qızı ilə birgə izləyib. 

O bildirib ki, televiziyadan verilişi izləyən zaman ailə üzvləri uğura ümid edərək bileti əllərindən buraxmayıblar. 

“Bu, göylərin bizim üçün hədiyyəsi idi”, - Byufer kommunasının sakini söyləyib. Qalib qazandığı pulla evini təmir etdirmək və digər daşınmaz əmlak almaq niyyətində olduğunu deyib.

Qeyd edək ki, “Loto” tarixindəki ən böyük cekpot 2011-ci ildə Val Duaz departamentinin sakini tərəfindən udulan 24 milyon avroluq mükafatdır.