"Yadplanetlilər aramızda yaşayır" - VİDEO

 08:08 05.03.2020     2520

İlk ingilis qadın astronavtı Dr.Helen Şerman 1991-ci ildə Sovet "Mir" kosmik stansiyasında 8 gün keçirib. Qadın yadplanetlilərin aramızda yaşadığını açıq şəkildə iddia edir.

Redaktor.az bildirir ki, "The Guardian" jurnalının müxbirlərinə verdiyi son müsahibədə Şerman, yadplanetliləri görmədiyini, ancaq kosmosda olanda bizim bu kainatda tək varlıq olmadığımızı fərq edib.

Qeyd edək ki, bu haqda yalnız Helen Şerman danışmayıb. Oxşar bir iddia haqda amerikalı astronavt Qordon Kuper də 2000-ci ildə hərbi pilot olarkən bir UFO gördüyünü söyləyib.

"Ay üzərində gəzən altıncı adam" hesab edilən digər bir amerikalı astronavt Edqar Mitçel, hətta yadplanetlilər və uçan naməlum obyektlərlə bağlı bütün sənədləri və məlumatları ictimaiyyətə təqdim edlməsi ilə bağlı ABŞ hökumətinə müraciət edib.