Sürücülük imtahanından 10 dəqiqə sonra...

 03:33 06.03.2020     2196

Sürücülük imtahanından 10 dəqiqə sonra sürücü avtomobilini çayda batırıb.
Redaktor.az
-ın məlumatına görə, hadisə Çinin Quyçjou əyalətində baş verib.
Bildirilir ki, qəzaya səbəb sürücüyə gələn təbrik mesajları olub.
Sükan arxasında telefona gələn mesajlara baxan sürücünün fikri bir anlıq dağılıb və o, körpüdə qarşısına çıxan iki nəfəri gec görüb.
Təşvişə düşən sürücü əyləci basmaq əvəzinə sükanı sola çevirib. Nəticədə maşın körpüdən aşaraq çaya düşüb.
Sürücü maşından çıxa bilib. Yoldan keçənlər onu quru geyimlə təmin ediblər. Avtomobili isə polislər qaldırıcı kranın vasitəsi ilə çıxarıblar.