Koronavirus

Koronavirus nədən qorxur?

 06:10 12.03.2020     3123

Alimlər koronavirusun hansı səthlər, materiallar üzərində daha çox yaşamasını müəyyən ediblər.

Redaktor.az bildirir ki, amerikalı mütəxəssislər belə qənaətə gəliblər ki, bu virus uzun müddət karton və plastikdə yaşasa da, polad və mis üzərində bir neçə saat ərzində ölür.

ABŞ Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin mütəxəssisləri müəyyən ediblər ki, koronavirus mis və poladda təxminən iki saat yaşaya bilsə də digər səthlərdə daha uzun müddət qala bilir.

Ancaq alimlər infeksiyanın yük daşınması yolu ilə yayıla biləcəyi ehtimalını inandırıcı qəbul etmirlər. Çünki mallar daşınarkən virusun ölməsi üçün kifayət edəcək qədər uzun məsafə qət edir.