Bu planetə isti dəmir yağır - FOTO

 02:03 17.03.2020     2649

WASP-76b adlı planetdə göydən isti dəmir yağır.

Redaktor.az xəbər verir ki, göy cisimlərini araşdıran alimlər Avropa astronomik araşdırma mərkəzinə aid irihəcimli teleskopla etdikləri müşahidəni ''Nature'' jurnalında yayımlayıblar. Müşahidələr elm adamlarına gün ərzində temperaturun 2 min 400 dərəcədən çox olduğu planetdə göydən isti dəmir yağdığını göstərib. İspaniya astrologiya mərkəzinin işçisi Maria Roza bu haqda danışaraq bildirib ki, ''Müşahidələr dəmir buxarının WASP-76b planetində gündüzlər atmosferdə dəmir buxarının miqdarı çox olur. Dəmirin bir qismi planetin dönməsi və külək səbəbi ilə gecə tərəfinə keçir. Gecə soyuyan dəmir buxarı, maye hala keçib yağmağa başlayır''. 

Cenevrə universitetinin elmi işçisi David Ehrenrech ''BBC news''ə verdiyi açılamada ''Göydən su damlalarının çisələnməsi yerinə isti dəmir xəyal edin'' sözlərini deyib.

WASP-76b, dünyaya 640 işıq ili uzaqlığındadır.