3 yaşlı uşaq evinin bağçasında çəhrayı çəyirtkə tapdı

 04:04 18.03.2020     2061

ABŞ-da 3 yaşındakı bir uşaq evinin bağçasında çəhrayı çəyirtkəyə rast gəlib. Böcəkləri çox sevən uşaq, təbiətdə nadir görülən dəvətsiz qonaqla çoxlu vaxt keçirib.

Çəyirtkələri ümumiyyətlə yaşıl tonlarda görürük və indiyə qədər bizi yalnız ölçülərlə təəccübləndirə bildilər. Ancaq ABŞ-ın Texas ştatında yaşayan bir ailənin kiçik oğlu, çəyirtkələrin çəhrayı rəngə sahib ola biləcəyini göstərdi.

Ostin şəhərində yaşayan Allison Barger adlı bir qadın, 3 yaşındakı oğlu Bruksun evin bağçasında çəhrayı çəyirtkə tapdığını söylədi. Bruksun böcəkləri çox sevdiyini söyləyən Barger belə dedi: "Vaxtını çəyirtkəyə nə qədər şirin olduğunu söyləyərək xərclədi. İnternetdə axtarış edənə qədər, nə qədər nadir olduğu haqqında fikirimiz yox idi".

Çəhrayı çəyirtkələr, eritizm adı verilən genetik bir mutasiyanın nəticəsi olaraq ortaya çıxır. Delaver Universitetindən bir entomoloq olan Cared, çəhrayı çəyirtkələrin vəhşi həyatda nadir hal olduğunu ifadə etdi. Bununla yanaşı, bəzi mütəxəssislər çəhrayı rəngin çəyirtkələrdə gözə çarpan bir xüsusiyyət olduğunu, ancaq ovçuların onları asanca fərq etməsi ilə zamanla azaldıqlarını düşünür.