Rus astroloqdan 2020-ci il üçün bədbin proqnoz

 11:30 21.03.2020     1772

Əvvəlcədən də 2020 son dərəcə mürəkkəb il kimi xarakterizə olunurdu.

Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı astroloq Vasilis Volodin danışıb. Onun sözlərinə görə, buna səbəb bu il altı tutulmadır (Günəş və Ay tutulmaları – red.):

“Bu, həddən artıq çoxdur. Daha biri - 2019-cu ilin dekabrın sonunda baş verən tutulma da sonrakı hadisələrə öz təsirini göstərib”.

Volodin bildirib ki, tutulmalar fövqəladə situasiya və qeyri-adi şərait yaradan çox vacib və narahatedici astroloji faktordur:

“Adətən ildə 4-5 tutulma baş verir. Bundan artıq olduqda isə kədər gətirir. Xatırladım ki, 1917-ci ildə 7 tutulma baş vermişdi. Həmin il nələr olduğunu hamı bilir”.

O qeyd edib ki, 2020-ci il üçün hökumətdəki dəyişikliyi (Medvedyevin getməsini – red.), eyni zamanda iqtisadi böhranı və rublun kəskin ucuzlaşacağını proqnozlaşdırmışdı və bunlar hamısı baş verib:

“Yalnız koronavirusla bağlı heç nə deməmişdim. Çünki belə bir mövzunun mövcudluğundan xəbərsiz idim”. //Axar.az