Koronavirus

Avstraliyada həyətdə tutulan ilan iki başlı bala doğdu - FOTO

 06:23 22.03.2020     1378

Avstraliyanın Viktoriya ştatının Melburn şəhərinin sakini Stüard Gett (Steward Gatt) pələng ilanı tutduqdan sonra maraqlı hadisə ilə üzləşib.

Redaktor.az UPI agentliyinə istinadən xəbər verir ki, Gett doğma şəhərində ilantutan işləyir. O, sifarişlə yollandığı fərdi evlərin birinin həyətində sürünəni tutaraq torbaya salıb və avtomobilinə atıb.

Torbanı açdıqda isə Gett maraqlı səhnə ilə qarşılaşıb. Belə ki, ilan bu müddət ərzində balalayıb.

Onlardan biri iki başlı olub və humanizm səbəbindən baytar tərəfindən öldürülüb.

“Bu tip heyvanlar nə qədər qeyri-adi görünsələr də, adətən, uzun müddət yaşaya bilmirlər”, - deyə baytar özünün “Facebook” səhifəsində yazıb.

İlanın özünün və qalan balalarının azadlığa buraxıldığı bildirilir.

 

1

1