Nailə İslamzadə mahnı oxudu - VİDEO

 20:52 22.03.2020     2390

Məşhur aparıcı Nailə İslamzadə İTV televiziyasının “virusa meydan oxuyaq” kampaniyasına qoşularaq mahnı ifa edib.

Redaktor.az bildirir ki, o, mahnı ifa edərkən çəkilən videosunu “Facebook” səhifəsində paylaşıb. İslamzadə ifasını bitirdikdən sonra kompaniya qoşulmaq üçün estafeti Xalq yazıçısı Çingiz Abdullayeva və əməkdar incəsənət xadimi Rahib Azəriyə verib.

Aparıcının yayımladığı görüntü izləyicilər tərəfindən çox bəyənilib. Onlar Nailə İslamzadənin ünvanına xoş sözlər yazıblar.

Sözügedən videonu təqdim edirik: