Ata körpəsini virusdan qorumaq üçün elə bir şey hazırladı ki... - VİDEO

 17:28 24.03.2020     2377

Çinin Şanxay şəhərində yaşayan 30 yaşlı şəxs körpəsini qorumaq üçün maraqlı üsula əl atıb.

Redaktor.az bildirir ki, ata çölə çıxdıqda körpə övladını virusdan qorumaq məqsədilə portativ qoruyucu kapsul hazırlayıb.

Kapsul süzülmüş havanı ötürən hava filtri, içərisindəki karbon dioksid sıxlığı və temperaturu göstərən bir monitor və valideynlərin uşağına təmas etmədən toxunmasına imkan verən steril bir əlcək ilə təchiz edilib.