Bir öskürək 35 min dollara başa gəldi - FOTO / VİDEO

 00:16 28.03.2020     2910

Bir qadının məhsulların üzərinə öskürməsi səbəbindən market sahibi koronavirus ehtimalı ilə əlaqədar 35 min dollar (59500 AZN) dəyərində olan ərzaqları zibilə atıb.

Redaktor.az-ın məlumatına görə, hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib. 

İşçilərin mağazadan çıxardıqları qadının daha sonra polislər tərəfindən həbs olunduğu bildirilir.

Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi koronavirusu qəsdən yayan insanların terrorçuluqda ittiham oluna biləcəyini təsdiqləyib. //Oxu.az

2222222