Bakı bu gün belə görünür - FOTOLAR

 14:13 31.03.2020     2248

Bütün dünyanı ağuşuna olan koronavirus pandemiyası səbəbindən əksər böyük şəhərlərdə karantin rejimi tətbiq olunub, insanlar evdə qalmağa səslənir. Bu da böyük şəhərlərə sükutun çökməsinə, küçələrdə insanların az-az gözə dəyməsinə səbəb olub.

Redaktor.az xəbər verir ki, Azərbaycanda da pandemiyanın geniş yayılmasının qarşısını almaq məqsədilə bir neçə gündür xüsusi karantin rejimi tətbiq olunur. Bu da səs-küyünə alışdığımız şəhərin sükuta qərq olmasına səbəb olub. Əksər sakinlər "Evdə qal" çağırışına əməl edərək evlərini tərk etmir, şəhər küçələrində səssizlik hökm sürür.

Biz də hər kəsi "Evdə qal" çağırışlarına əməl etməyə, özlərinin və ətrafdakı insanların sağlamlığını qorumağa çağırır, Bakının bu gününü əks etdirən fotoları təqdim edirik.

Fotoların müəllifi fotoqraf Famil Mahmudbəylidir. //Qaynarinfo.az

2222222222