Avtomobil sürən it sürət həddini aşdı

 07:44 01.04.2020     1542

ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) polis saatda 160 kilometr sürətlə hərəkət edən avtomobili təqib edib.

Redaktor.az xəbər verir ki, avtomobil polisin müvafiq əmrlərinə tabe olmayaraq, hərəkəti davam etdirib.

Maşını yalnız yola tikanlı lent sərərək saxlamaq olub.

Nəqliyyat vasitəsinə yaxınlaşan polislər sükan arxasında pitbul cinsinə aid iti görüblər.

Onun narkotik maddələrin təsiri altında olan 51 yaşlı sahibi Alberto Tito Alehandro itinə maşın sürməyi öyrətdiyini bildirib. //Oxu.az