Eynşteynin məşhur FOTOLARI

 04:18 06.04.2020     1776

Yəqin ki, sosial mediada, axtarış sistemlərində görkəmli alim Albert Eynşteynin fotolarına çox rast gəlmisiniz.

Redaktor.az sizə həmin fotolardan bəzilərini təqdim edir:

ABŞ - 1933-cü il

Bu foto ABŞ-ın məşhur Prinston Universitetində çəkilib. Alim qəlyanla poza verib. O, qəlyanı özünün mütəfəkkir imicinə yaraşan simvol hesab edirdi. Yəni, onu daha müdrik göstərdiyinə inanırdı. Onun bir neçə qəlyanı olub və indi onlar müxtəlif muzeylərdə saxlanılır.

Almaniya - 1931-ci il

“Musiqisiz bir həyat düşünə bilmirəm. Həyatımın mənası musiqidir” – bu sözlər Albert Eynşteynə aiddir. Onun musiqi sevgisi haqqında danışmağa ehtiyac yoxdur. Gözəl skripka ifaçısı idi...

ABŞ - 1955-ci il

Həmişə sülhü dəstəklədi və bunun üçün nə mümkündürsə etdi. Həyatı boyu müxtəlif konfranslara qatıldı, məruzə etdi, bəşəriyyəti sülhə çağırdı. Bu foto da belə konfranslardan birində çəkilib. Hidrogen bombasının istifadəsinə qarşı təşkil olunan tədbirdə düşüncələrini bölüşür.

ABŞ - 1931-ci il

Bu foto Kaliforniyada çəkilib. O vaxtlar bir çox universitetlərdə master-klasslar keçən Eynşteyn bəzi mütəxəssislərin anlamağa çətinlik çəkdiyi tənliklərini yazı taxtasında izah edir.

ABŞ - 1931-ci il

Fotodakı məşhurları tanıdınızmı? Əlbəttə ki, Çarli Çaplini. Ona "Çarlo" deyənlər də var idi. Eynşteynlə çox yaxın dost idilər. Bu foto Çaplinin “Böyük şəhərin işıqları” filminin qalasında çəkilib.

ABŞ - 1951-ci il

Qəbul edək ki, əvvəldən hamı bu məşhur fotonu gözləyirdi. Bu, tarixdəki ən ironik fotolardan biridir. Eynşteynin özünün də ən çox sevdiyi fotolardandır və dostlarına təbrik açıqcaları göndərəndə bu fotonu yapışdırırmış üstünə. Sizcə də, 72-ci doğum günü qonaqlığında çəkilən bu foto gözəl deyilmi?

Vumart və Güvən reklamı Vumart Güvən