O, "korona"dan qorunmaq üçün mikroavtobusda yaşayır - FOTO

 03:22 07.04.2020     2087

Türkiyənin Trabzon şəhərində kişi ailəsini virusa yoluxdurmamaq üçün maşında yaşayır.

Redaktor.az məlumat verir ki, 42 yaşlı Fateh Turan evinin yaxınlığındakı mikroavtobusda qalır.

O, gündə bir neçə saat işə getdiyini deyib və işdən qayıdanda uşaqlarını virusa yoluxdurmaq təhlükəsi yaşamamaq üçün belə etdiyini bildirib.

Bütün lazımi əşyaları miktoavtobusa yerləşdirən həmin şəxs zamanını maraqlı keçirdiyini deyib.

“Burada arvadın deyinməsindən də uzaq oluram”, - deyə Turan zarafat edib. //Oxu.az

22222222