Koronavirusun əlamətlərini daşımayan xəstələri belə TAPIRLAR

 04:22 09.04.2020     1063

Dünyanı cənginə alan koronavirusdan minlərlə insan dünyasını dəyişib. Maraqlısı idsə odur ki, virusun əlamətlərini daşımayan xəstəri necə aşkar edirlər.

Redaktor.az xəbər verir ki, COVİD-19 virusunun necə yoluxduğu məlum olmasa da araşdırmalar və müşahidələr davam edir. Bu barədə türkiyəli həkim professor Ozan Seymen Sezen danışıb:

''Koronavirus əsasən damlacıq yolu ilə bulaşır. Xəstə insanların öskürməsi və asqırmasından sonra havada qalan damlacıqlarla təmas edən sağlam insanlar virusa yoluxurlar. Virusun əlamətlərini daşımayan xəstələrin belə nəfəs yollarında koronavirus aşkar edilir. Lakin ən çox yoluxma halı virusun əlamətlərini daşıyan insanlarda olur. Xəstəliyin ortaya çıxmasından əvvəl gözləmə müddəti var. Bu müddət 5-6 gündür. Bəzən isə 2 ilə 14 günə qədər uzanır. Xəstəliyin necə yoluxduğu isə tam olaraq bilinmir. Ehtimal edilir ki, xəstəlik özünü göstərmədən 1 və ya 2 gün əvvəl artıq yoluxma müddəti başa çatıb. Xəstələrin 80-90 faizində müşahidə edilən əlamət yüksək hərarətdir. Bununla yanaşı quru öskürək, halsızlıq, bəlğəm çıxarma, nəfəs darlığı, nəfəs almaqda çətinlik xəstəliyin əlamətlərindəndir. Quru öskürəyə xəstələrin 65-70 faizində rast gəlinir. 18-20 faiz xəstə isə nəfəs darlığından şikayət edərək xəstəxanaya müraciət edir''.

Həkim xəstəxanaya müraciət edən xəstələr haqqında danışaraq ''Bizə müraciət edən xəstələrdən ilk öncə temperaturunun olub-olmamasını soruşuruq. Növbəti suallarımız isə öskürək və nəfəs darlığı problemi ilə bağlı olur. Əgər həmin şəxs bu suallardan birinə ''Hə'' cavabı verir sə, o zaman karantinə yerləşdirilir'' sözlərini deyib.

22