Paraqvayda ölmüş qadın "dirilib"

 22:33 16.04.2020     2533

Paraqvayın cənubundakı Koronel-Ovyedo şəhərində ölü hesab edilən qadın "dirilib".

Redaktor.az-ın məlumatına görə, xəstəxanada xərçəngdən müalicə olunan 46 yaşlı qadın növbəti baxış zamanı ölü hesab edilib.

Yaxınları onu dəfn bürosuna apardıqdan sonra onun tərpəndiyini görüblər. Yenidən xəstəxanaya qaytarılan qadın müalicəyə davam edib. //Trend.az