Onlar 1600 illik tabutu açdılar - GÖRDÜKLƏRİNƏ İNANMADILAR... / VİDEO

 00:13 27.04.2020     1926

Arxeoloqlar Misirin Luksor şəhərində 1600 il əvvələ aid tabut aşkar ediblər.

Redaktor.az-ın məlumatına görə, tabutdakı mumiyanın 5-16 yaşlı qıza aid olduğu güman edilir. Arxeoloqları təəccübləndirən digər məqam isə tabutda olduqca bahalı zinət əşyalarının üzə çıxmasıdır. Uzunluğu 1,75 sm olan tabutda kəhrəba, kvars kimi tünd və açıq rəngli qiymətli daşlardan hazırlanmış boyunbağılar aşkar edilib.

Misirin tarixi əsərlər üzrə idarəsinin rəhbəri Məhəmməd Abdulbedinin sözlərinə görə, qiymətli daşlardan hazırlanan boyunbağılar son illərin ən dəyərli tapıntısıdır.

Qeyd edək ki, İspaniya və Misirdən olan arxeoloqlar uzun müddətdir bölgədə araşdırmalar aparır. //Publika.az