Rusiyada qeyri-adi oğurluq anının görüntüləri yayıldı - VİDEO

 01:26 02.05.2020     3937

Rusiyanın Sankt-Peterburq şəhərində telefon dükanında qeyri-adi oğurluq hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, tibbi maskada olan kişi alıcı qismində dükana daxil olur və “Samsung Galaxy A51” markalı iki telefon istəyir. Lakin o, qəflətən hamının gözü qarşısında telefonları götürərək qaçmağa başlayır.

Qaçarkən o, telefonlardan birini yerə salır və onu yenidən götürür. Nəticədə, ələ keçir.Oğrunun 28 yaşlı işsiz əcnəbi olduğu aydınlaşıb. Hadisə ilə əlaqədar istintaqa başlanılıb. //Oxu.az