Bakıda televiziyanın binasına tülkü girdi - VİDEO

 12:44 06.05.2020     3570

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yerləşdiyi binanın həyətinə tülkü girib.

Redaktor.az xəbər verir ki, vəhşi heyvanı kanalın mühafizə xidmətinin əməkdaşları həyətyanı sahədən tapıblar.

Onların sözlərinə görə, bala tülkü ətrafda yaşayan pişiklər üçün təhlükə yaradıb.

Qeyd edilir ki, sözügedən heyvan aidiyyəti üzrə təhvil veriləcək.