2030-cu ildə 36 gün oruc tutulacaq - SƏBƏB

 22:33 10.05.2020     3025

2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq.

Redaktor.az bildirir ki, Səudiyyə Ərəbistanının Əl-Qasim Universitetində iqlim elmləri professoru Abdullah əl-Musand astronomik proqnozlara əsasən belə bir iddia ilə çıxış edib.

Onun sosial şəbəkədə paylaşdığı şərhdən belə məlum olur ki, Ramazan ayı 2030-cu ildə iki dəfə başlayacaq: yanvarın 5-də və dekabrın 26-da. O, bunu hicri-qəməri təqvimin Günəş təqvimindən 11 gün daha qısa olması ilə izah edib:

"2030-cu ildə Ramazan ayı iki dəfə başlayacaq. Birinci dəfə hicri-qəməri təqvimi ilə 1451-ci ildədir ki, bu da miladi təqvimlə 2030-cu ilin yanvarın 5-nə düşür. Elə həmin il dekabrın 25-də hicri-qəməri təqvimi ilə növbəti Ramazan ayı başlayacaq. Beləliklə, altı gün oruc tutulacaq. 1452-ci ilin Ramazan ayının davamı miladi təqvimlə 2031-ci ildə olacaq". //Medicina.az