Koronavirusdan ölən adamın cəsədi hərəkət etdi - VİDEO

 11:32 14.05.2020     3812

İndoneziyanın Şimali Sulaşesi əyalətində qəribə hadisə baş verib.

Redaktor.az xəbər verir ki, koronavirusdan ölən kişi dəfn zamanı hərəkət edib.

Rahib dua oxuduğu zaman tabutun içində əlin tərpəndiyi görünür.

Sosial şəbəkədə bu hadisə geniş müzakirələrə səbəb olub və insanlar həmin şəxsin ölmədən dəfn edilməsinə görə narahatlıqlarını bildiriblər.

Qeyd edilir ki, avstraliyalı alimlər keçən il ölülərin müxtəlif bədən hissələrinin hərəkət edə bildiyini sübuta yetirən araşdırma aparıblar. //Oxu.az