Əməkdar artist xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi...

 16:15 27.05.2020     1598

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə əməkdar artistin özü məlumat verib. O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:

"Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”. //Unikal.org