Əlixan Səmədov: "Ermənilər mənə çox yazır, danışırıq və..." - MÜSAHİBƏ / VİDEO

 13:34 03.05.2021     14943

Türkiyədə fəaliyyət göstərən məşhur musiqiçi, Xalq artisti Əlixan Səmədov Redaktor.az-ın “Bizim müsahib” rubrikasının qonağı olub.

Sənətçi Mədəniyyət Nazirliyi ilə yeni lahiyələr üzərində işlədiklərini bildirib.

Balaban ifaçısı kimi bir çox ölkələrdə məşhurlaşan Ə.Səmədov sənət yoluna necə başlamasından bəhs edib:

“Məndən öncə bir çox balaban ifaçıları olub, amma arxa planda olurdular, özlərini göstərə bilmirdilər, mən buna çox pis olurdum. Düşünürdüm ki, niyə də bu musiqi alətini insanlara tanıtmayaq?! Xarici ölkələrə getdikdən sonra gördüm ki, heç adını belə bilmirlər. Qarşıma məqsəd qoydum ki, mən bunu bütün dünyaya tanıdacam. Əsərlər yazdım, ifa etdim. Dünya bunu qəbul etdi, maraqlanmağa başladılar”.

Xalq artisti 2023-cü ildə UNESCO-da Ermənilərin mənimsəməyə çalışdıqları balaban musiqi alətinin əslində Azərbaycana aid olduğunun təsdiqlənəcəyini deyib.

Daha ətraflı videodan izləyə bilərsiniz:

Aysel Hacıyeva / Redaktor.az