“Ərimin “İnstagram” kodu məndədir, mesajlarını oxuyuram” - Aktrisadan ŞOK ETİRAF / VİDEO+FOTOLAR

 17:04 27.06.2019     6643

Aparıcı, aktrisa Aynur Bağırova Redaktor.az-a eksklüziv müsahibə verib. 

Səmimi, açıq-sözlü Bağırova şəxsi həyatı ilə bağlı bütün sualları cavablandırıb. 

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmisiniz. Bu təhsil ocağının yaradıcılığınızda rolu...

- 4 il yağış, qar, isti, külək bilmədən instituta getmişəm. Xalq artistlərindən dərs almışam. Kamera, mikrafon, vergül, nəfəs nədir, hər şeyi bilirəm. İndi gəlirlər, deyirlər “Mən aktrisayam” haradan? Üç sual versəm, ikisini bilməyəcək, ümumiyyətlə mənasını başa düşməyəcək.

- Sosial şəbəkədə izləyiciləriniz şəxsi həyatınızla çox maraqlanırlar. Buna səbəb nədir?

- Azərbaycan şou-biznesində normal ailə predmeti çox azdır. Efirə çıxıb, yalandan danışırlar, amma reallıq elə öz yerindədir. Tamaşaçını aldada bilərsən, özünü isə heç vaxt. Çox gözəl ailəm var. Həyat yoldaşımla “İnstagram”da şəkil qoyum, altında adını işarələyim, həmin gün ən azı 15 qız sosial şəbəkədə onu izləməyə başlayır. Əsəbiləşirəm. Onun mesaj bölmünü oxuyuram, kodunu da bilirəm.

Daha ətraflı videoda:

Sevda Bayramova / REDAKTOR.AZ