"Nazirə yazmışıq ki, onları yandırın, biabırçılıqdır!" - Tahir Əmiraslanov / VİDEO

 14:33 22.11.2019     2562

“Azərbaycanda halal restoranlardan gəlir əldə etmək mümkün deyil. Yeməklər bahadır, əhali gəlmir. Gərək araq, çaxır satasan ki, pul gəlsin”.

Redaktor.az xəbər verir ki, bu sözləri Redaktor.az-a müsahibəsində Azərbaycanın Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib. O qeyd edib ki, bu restoranlara dövlət tərəfindən kommunal xərclər və vergilərlə bağlı güzəştlər edilməlidir.

Tahir Əmiraslanov peşə təhsili ilə bağlı problemlərə də toxunub. Onun sözlərinə görə, hazırda Azərbaycanda peşə təhsili yaxşı halda deyil:

“Kitablar, tədris vasitələri bərbad gündədir. Biz bir neçə dəfə nazirə yazdıq ki, onları yandırın, tarixdə qalmasın. Ayıbdır, o kitablarla aşpaz hazırlamaq olmaz. Kim görsə ki, o kitablarla bizim aşpazlara nə tədris edirlər, Azərbaycana gəlməzlər”.

Daha ətraflı videoda izləyin:

Oral Mədənçi / Redaktor.az