Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib

 22:03 29.06.2020     752

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə ildir 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.