Düşmən üç hərbçisinin yaralandığını açıqladı

 16:31 13.07.2020     2474

Ermənistan Müdafiə Nazirliyi (MN) Azərbaycanla sərhəddə atışmada 3 hərbçinin yaralandığını açıqlayıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyan bildirib. 

O, hərbçilərin qəlpə yarası aldığını deyib.

Qeyd edək ki, Ermənistan tərəfi bundan əvvəl iki polisin yaralandığını açıqlamışdı.

Sosial şəbəkələrin erməni seqmentində isə sərhəddəki toqquşmalarda Ermənistanın xeyli itki verdiyi əks etdirəm məlumat və faktlar yayılır. Ermənistanın hərbi-siyasi rəhbərliyi itkilər barədə hələlik rəsmi açıqlama vermir, faktları gizlətməyə üstünlük verir. //APA

Vumart və Güvən reklamı Vumart Güvən