Ordumuz düşmən mövqelərini darmadağın edir - 20 erməni əsgəri öldürldü / VİDEO
Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.
Redaktor.az xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyi bununla bağlı yeni görüntülər yayımlayıb.
Həmçinin, Müdafiə Nazirliyi qeyd edib ki, qarşı tərəf itkilərini gizlətməklə erməni ictimaiyyətini aldatmağa davam edir.












