Tovuzun bu kəndi artilleriya atəşinə tutulub - SON DƏQİQƏ / FOTO
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Redaktor.az-a bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.


















