Ordumuz düşmənin hərbi maşınını vurdu - NAXÇIVAN / VİDEO

 15:20 15.07.2020     6755

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqdan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində düşmənin aktivləşməsi və ara-sıra atəşkəs rejiminin pozulması  halları müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, düşmən bölmələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən başlayaraq səhər saatlarınadək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini pozub. Düşmən cavab atəşi ilə susdurulub.

Ermənistan Silahlı Qüvvələrinin bölmələrini Naxçıvan istiqamətində atəşləri dayandırmasına vadar etmək və cəza tədbirləri məqsədilə komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib.

Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarətindədir.