Azərbaycan hərbi əməliyyatları genişləndirə bilər - POLKOVNİK

 10:35 16.07.2020     3317

“Sonuncu erməni əsgəri Azərbaycan ərazisini tərk edənə qədər biz öz mübarizəmizi aparacağıq. Buna heç kimin şübhəsi olmasın”.

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan danışarkən deyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənin sərhəd boyu bütün addımlarını izləyir və lazım olan qərarları qəbul edir:

“Bu dəfə düşmən tərəfi təxribatı məhz Azərbaycan-Ermənistan sərhəddində həyata keçirtməyinin müəyyən səbəbləri var. Onlar Azərbaycanı təxribata çakməyə çalışır. Lakin Azərbaycan Silahlı Qüvəlləri düşmənin arzuladığı nəticəni ona vermədi. Bu da, onları çox qıcıqlandırır, düşünülməmiş adımlar atmağa vadar edir”.

Hərbi ekspert Azərbaycan Ordusunun düşmənə ağır zərbələr endirdiyini bildirib:

“Düşmən tərəfi son aylar əzində ilk dəfə idi artilleriya qurğularından istifadə edirdi. Bu da onlar üçün çox ağır başa gəldi. Ordumuz adekvat cavab verdi. Bu cavab nəticəsində düşmən çoxlu itkilər verdi.

Təəssüf ki, ağır döyüşlərdə biz də 11 nəfər hərbi qulluqçu, bir nəfər də dinc sakinimizi itirdik. Hərbi qulluqçular arasında olan general Polad Həşimov çox təcrübəli zabit idi. O, 2016-cı il aprel döyüşlərində də böyük qəhramanlıqlar göstərmişdi. Məhz ölkə başısı ona bu qəhrəmanlığına görə general-mayor rütbəsi vermişdi”.

Ü. Cəfərov Azərbaycanın son ana qədər mübarizə aparacağını qeyd edib:

“Kminsə torpağında mübarizə aparmırıq, öz torpağımız uğrunda döyüşürük. Ermənistan isə bəzi havadarlarının sayəsində işğalçılıq siyasətini davam etdirir. Hesab edirəm ki, bizim mübarizəmiz tezliklə öz müsbət nəticəsini verəcək və biz Qarabağı düşməndən azad edəcəyik.

Azərbaycan bu günə qədər kifayət qədər dözüm və səbr nümayiş etdirdi, lakin, Ermənistanın budəfəki hərəkəti cavabsız qalmayacaq və aha qətiyyətli, sərt addımlar atılacaq. Bu addımların nədən ibarət olmasını isə Ali Baş komandan və onun tabeliyində olan Müdafiə Nazirliyinin rəhbərliyi yaxşı bilir”.

Ehtiyatda olan polkovnik-leytenant ATƏT-in Minsk Qrupunu boş və mənasız bəyanat verdiyini bildirib:

“ATƏT-in Minsk Qrupunun həmsədrləri bu günə qədər ancaq boş bəyanatlar verdilər, ortalığa heç bir nəticə qoymadılar. Onların sonuncu bəyanatı da boğazdan yuxarı, sadəcə söz xətrinə verilən bəyanat idi. Azərbaycan Prezidenti də Minsk Qrupunun işinə lazım olan qiyməti verdi və düşünürəm ki, bundan sonra fərqli bir mənzərənin şahidi olacağıq”.

Mahir Xəttab / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən