Rəşad Atakişiyevin anım mərasimi keçirilib - FOTO

 19:45 24.07.2020     1209

Müdafiə nazirinin tapşırığına əsasən, təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti Elşad Pənahov çıxış edərək, R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

22222
Vumart və Güvən reklamı Vumart Güvən