Ermənilər Naxçıvan istiqamətindən atəşkəsi pozdu - SON DƏQİQƏ

 11:03 31.07.2020     488

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir: "Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.