Ermənilər işğal altındakı ərazilərdə yanğınlar törədib

 18:42 04.08.2020     765

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib.

Redaktor.az-ın xəbərinə görə, Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub.

Yanğının miqyası getdikcə genişlənir. Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir. 

 

Vumart və Güvən reklamı Vumart Güvən