Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi 34 dəfə pozub

 09:39 07.08.2020     1665

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.

Redaktor.az xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bakının bu prospektində qəza tıxac yaratdı - FOTO

 09:38 07.08.2020     2691

Bakıda qəza yolda tıxaca səbəb olub.

Redaktor.az-ın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Hadisə yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları və təcili yardım cəlb olunub.

Bakı Nəqliyyat Agentliyi qəza səbəbindən həmin ərazidə sıxlıq müşahidə olunduğunu açıqlayıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən