Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - FOTOSESSİYA

 17:26 09.08.2020     710

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Redaktor.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib. 

Vumart və Güvən reklamı Vumart Güvən