Ermənistan atəşkəsi 40 dəfə pozdu - Cəbhədən xəbər

 09:40 19.08.2020     702

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub.

Redaktor.az xəbər verir ki,Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Şıxlar, Acarlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bakıda bu yollarda tıxac var - FOTO

 09:06 19.08.2020     1626

Hazırda qeyd olunan küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur:

Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində, Binəqədi şossesi Azadlıq prospekti istiqamətində, Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində, Bakı-Sumqayıt şossesi şəhər istiqamətində, Zabrat şossesi H.Əliyev prospekti istiqamətində.

Bakı Nəqliyyat Agnetliyindən Redaktor.az-a verilən məlumata görə, qeyd olunan yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirib.

Fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edilir.

222222
Vumart və Güvən reklamı Vumart Güvən