Ermənistan silahlı qüvvələri atəşkəsi 54 dəfə pozub

 09:25 28.08.2020     1057

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 54 dəfə pozub.

Redaktor.az xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Dönər yeyirdi, içindən milçək çıxdı - VİDEO

 21:44 27.08.2020     1194

Əsasən gənc nəslin daha çox sevdiyi “fast-food” qidalarından biri də dönərlərdir. İş başında olanlar, gəzintiyə çıxanlar, çevik işlərdə çalışanlar daha çox dönərə üstünlük verir. Amma gərək yeyəndə diqqətli olmağı da unutmayasan.

İçərisindən heç gözləmədiyiniz “qonaq” çıxa bilər.

Redaktor.az xəbər verir ki, ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Bakıda bu obyektlərin qiyməti bahalaşıb

 20:57 27.08.2020     1435

Bakıda ötən ay ərzində kommersiya obyektlərinin qiymətində bahalaşma qeydə alınıb.

Redaktor.az xəbər veri ki, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində kommersiya obyektlərinin satış bazarında 1 kvadrat metrin qiyməti 2803 manatdan 3063 manata qədər bahalaşıb və artım 9.28 faiz təşkil edib. Əsas artım xidmət sahələrində, ofis sahələrində baş verib.

Ekspertin sözlərinə görə, obyektlərin icarə qiyməti isə ucuzlaşıb. Bir obyektin orta kirayə qiyməti 3273 manatdan 3097 manata qədər azalıb və azalma 5.38 faiz təşkil edib.

Ümumi daşınmaz əmlak bazarında 2.87 faiz azalma qeydə alınıb. //Trend.az