Türkiyənin gizli müharibə taktikası - DÜŞMƏNİ VURURLAR VƏ...

“Yunanıstanla Türkiyə arasında sözsüz ki, zaman-zaman çəkişmələr olacaq. Lakin artıq Yunanıstan da anlayır ki, Türkiyə dünyada hərbi möhürünü qoymuş bir dövlətdir. Onunla hərb dilində danışmaq mümkün olmayacaq”.
Bu sözləri Türkiyə və Yunanıstan arasında yaşanan gərginlik barədə Redaktor.az-a danışan hərbi ekspert Abuzər Əbilov deyib.
A. Əbilov qardaş ölkənin Suriya və Liviyadakı nailiyyətlərini buna misal göstərib:
“Son illərdə dünyada hərb taktikasında Türkiyə yeniliyə imza atıb. Faktiki olaraq qeyri-ənənəvi döyüş üsullarını kənara qoyaraq, özünəməxsus taktikasını dünya savaş tarixinə gətirib. İnsansız uçuş aparatlarından istifadə etməklə düşmənin bir sıra obyektləri, şəxsi heyyəti, texnikası, sursat anbarları, hava hücumundan müdafiə komplekslərinə zərbə endirilib.
Suriya və Liviyada insansız uçuş aparının köməyi ilə əldə olunmuş uğurları buna misal göstərmək olar”.
Lalə Cəfərli / Redaktor.az
