Türkiyə Azərbaycanda hərbi baza yaradır? - AÇIQLAMA

 17:19 02.09.2020     6827

“Türkiyənin Azərbaycanda hərbi baza yaratması gündəm olsa da, bu, o qədər də real deyil. Çünki bu gün Azərbaycan ordusunun imkanları genişdir və ikinci bir ölkənin ölkəmizdə hərbi baza yaratmasına ehtiyac yoxdur”.

Bu sözləri Redaktor.az-a politoloq Tofiq Abbasov Türkiyənin Azərbaycanda hərbi baza yaratması haqqında danışarkən deyib.  O bildirib ki, Azərbaycan dövlətinin həm strateji mövqeyi, həm də proseslərə münasibəti ərazimizdə sadəcə ordumuzun güclü olmasının vacib edir:

“Azərbaycanın bir sıra ölkələrlə, o cümlədən Türkiyə ilə hərbi əməkdaşlıq ölkəmiz üçün vacib məsələlərdən biridir. Türkiyənin ölkəmizlə həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə geniş əlaqələri mövcuddur. Ancaq konustitsiyamızda təsdiq olunmuş bütün müddalar və tələblər hamısı ölkəmizdə xarici hərbi bazaların yaranmasına icazə vermir.

Tofiq Abbasov: Aleksandr Lapşin Azərbaycan qanunlarını pozub, buna görə də  cavab verməlidir

Biz bütün proseslərdə daha çox öz imkanlarımıza söykənirik. Bu günlərdə Xarici İşlər nazirliyi bu məsələ ilə bağlı bəyanat yaydı və bildirildi ki, Azərbaycan özünü müdafiə etməyə qadirdir. Bu baxımdan, Qarabağ münaqişəsi ilə bağlı üçüncü tərəfin köməyindən istifadə olunacaqsa, ancaq taktiki baxımdan ola bilər, strateji baxımdan mümkün deyil.

Ola bilsin ki, hazırki məqamda Türkiyənin Azərbaycanda hərbi baza yaratması aktual görünür, amma bu məsələ qeyri realdır. Azərbaycan dövləti 1918 -1920-ci illərin səviyyəsində deyil. Ozaman bizim hərbi və siyasi dəstəyə ehtiyacımız var idi, amma indi özümüz-özümüzü etibarlı şəkildə qoruya, təmin edə bilərik”.

Mahir Xəttab \ Redaktor.az