Moskvada MDB Müdafiə nazirlərinin iclası keçirilir

 13:25 04.09.2020     301

Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclası keçirilir.

Redaktor.az-ın məlumatına görə, toplantıda 13 ölkənin Müdafiə nazirləri iştirak edir.

İclasda Azərbaycanı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edir.

Müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizliyin təmin olunması, müharibələrin və silahlı qarşıdurmaların baş vermə təhlükəsinin qarşısının alınması üçün səylərin birləşdirilməsi, müasir şəraitdə hərbi əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə edirlər. 

Qeyd edək ki, səfər çərçivəsində Zakir Həsənov sentyabrın 5-də "Tank biatlonu" Ordu İdman oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək.