Qara dəniz səmasında gərgin anlar: İki təyyarə...

Rusiya qırıcı təyyarəsi Su-27 Qara dəniz üzərində ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarəsi "Boinq RC-135"i bloklayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, bir müddət gərgin anlar yaşanıb. Belə ki, təyyarələr havada qarşı-qarşıya gəlib. Rus təyyarəsi ABŞ təyyarəsinin ölkə sərhədlərinə daxil olmasının qarşısını kəsib.