Cənubi Koreyada əsgərləri bu cihaz əvəz edəcək

 07:19 17.09.2020     3285

Cənubi Koreyada döyüş meydanında əsgərləri əvəzləyə biləcək pilotsuz uçan aparatlar yaradılacaq. Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin Müdafiə Satınalma Proqramları Agentliyinin (Defense Acquisition Programme Administration - DAPA) məlumatında deyilir.

Redaktor.az xəbər verir ki, ölkə 10 il ərzində hərbi pilotsuz uçuş aparatlarının hazırlanmasına 2,3 milyard dollar investisiya yatırmaq niyyətindədir.
Məlumata görə, kəşfiyyatdan tutmuş, döyüşə qədər müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün bir neçə dron növünün yaradılması planlaşdırılır.

Bundan başqa, pilotsuz uçan aparatlara hücum tüfəngləri və qumbaraatanların quraşdırılmasının sınaqları keçirilir. Müvafiq texnologiyaların 2022-ci ilədək formalaşdırılması planlaşdırılır. Bundan əlavə, növbəti dörd il ərzində bilavasitə silah platformasının yaradılması üzrə işlərin aparılması nəzərdə tutulur. //ICTnews