"Ordumuz ildırım sürəti ilə irəliləyəcək və..." - MÜHARİBƏ HARADAN BAŞLAYACAQ?

 01:32 23.09.2020     6287

Azərbaycan işğal altındakı torpaqları müharibə yolu ilə azad etmək yolunu seçərsə, ordumuzun hərbi texnikası, silah-sursat və canlı qüvvəsi kifayət edəcəkmi?

Bu barədə hərbi ekspert Abuzər Əbilov Redaktor.az-a bildirib ki, uzun illərdir ordunun təminatı üçün müəyyən hazırlıqlar görülüb:

"Bütün bunlar əvvəlcədən düşünülüb, müvafiq tədbirlər həyata keçirilib. Heç bir təlaşa ehtiyac yoxdur. Sizi əmin edirəm ki, Azərbaycanın müharibə etmək üçün  bütün lazımi ehtiyatları var. Ordumuz ən müasir silah-sursat, hərbi texnika ilə təchiz edilib”.

Hərbi ekspert müharibə zamanı ordumuzun hansı qoşun növünə üstünlük verəcəyi ehtimalından da danışıb. 

“Biz hələ bilmirik ki, müharibə necə və hansı istiqamətdən başlayacaq. Son zamanlar düşmən fikri Qarabağdan yayındırmaq üçün tez-tez sərhədyanı bölgələrdə təxribatlar törədir. Düşünürəm ki, elə bu ərazilərdən təxribatların davam edəcəyi gözlənilir. Lakin bu, ehtimaldır. Təbii ki, ərazilər bəlli olandan sonra qoşun taktikasına uyğun olaraq komandanlıq qərar verəcək.

Azərbaycan ordusu ildırım sürəti ilə müharibəni aparmağa və torpaqlarımızı işğaldan azad etməyə hazır, həvəsli və istəklidir. Bunun üçün heç kimin köməyinə ehtiyacımız yoxdur".

Şəfəq Samed / Redaktor.az