Azərbaycan Ordusu bu istiqamətlərdə irəliləyir - RƏSMİ AÇIQLAMA

 12:29 27.09.2020     7058

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Bütün cəbhə boyu şiddətli döyüşlər gedir",- Müdafiə Nazirliyindən bildirilib.