Vilayət Eyvazov komendant təyin edildi - SƏRƏNCAM

 11:50 28.09.2020     15570

Prezident İlham Əliyev Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilsin".