Hərbi əməliyyatlar dayandırılmayacaq - MÜHARİBƏ BAŞLAYIB VƏ...

 12:41 28.09.2020     2877

"Bu dəfə Azərbaycan Ordusu hansısa beynəlxalq təşkilatın, dövlətin xahişi ilə geri çəkilməyəcək".

Bu sözləri Redaktor.az-a hərbi ekspert Abuzər Əbilov deyib. O, Azərbaycan Ordusunun böyük ruh yüksəkliyi ilə düşmənə ağır cavab zərbələri endirdiyini bildirib:

“Hazırda döyüşlərin getdiyi ərazidəyəm. Burada ordumuz faktiki olaraq antiterror əməliyyatları aparır. Ordumuz düşmənə artileriya zərbələri endirir. Hazırda ordumuz tərəfindən irəliləyiş var. Bu əməliyyatlar son ana qədər davam edəcək. Bu dəfə əvvəlki dövrlərdəki kimi hansısa beynəlxalq təşkilatın, dövlətin xahişi ilə dayanmayacağıq. Faktiki olaraq artıq müharibə başlayıb. Ordumuzda böyük ruh yüksəkliyi var”.

Mahir Xəttab \ Redaktor.az