Qismən səfərbərlik zamanı kimlər orduya çağırılacaq? - EKSPERT

 17:12 28.09.2020     4195

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb. Bəs, qismən səfərbərliyə hansı şəxslər gedə bilər?

Bununla bağlı Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycan vətəndaşı olan və hərbi xidmət zamanı müəyyən vəzifə tutan şəxslər nəzərdə tutulur:

“Hərbi xidmət zamanı həmin şəxs artilleriyada olub və ya hazırda da təxris olunub. Artıq hərbi əməliyyatlar zamanı bu şəxslərə ehtiyac var. Məhz qismən səfərbərlik budur.  Eləcə də bu, kütləvi səfərbərlik deyil. Burada konkrert yaş həddi göstərilmir. Ola bilər ki, həmin şəxs 45-50 yaşında və yaxud da 30 yaşında çağırılsın”.

Ekspertin sözlərin görə, hərbi xidmət zamanı hərbi vəzifəsi olan şəxslərə şamil olan səfərbərlik qismən səfərbərlikdi.

Şahnun Qasımova / Redaktor.az