Düşmən Goranboy rayonunu atəşə tutub - RƏSMİ

 19:31 28.09.2020     471

"Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub".

Redaktor.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib:

"Kənd sakinləri arasında itki yoxdur".

V. Dərgahlı bildirib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən